Ermənistanda Paşinyan hökumətinə qarşı narazılıqlar şiddətlənir
https://azeri.sahartv.ir/news/qafqaz-i363100-ermənistanda_paşinyan_hökumətinə_qarşı_narazılıqlar_şiddətlənir
Ermənistanda Paşinyan hökumətinə qarşı narazılıqlar artıır. Koronavirus pandemiyası ucbatından getdikcə ağırlaşan vəziyyət hakimiyyət üçün əlavə problemlərə yol açmaqdadır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 13, 2020 04:59 Asia/Baku
  • Ermənistanda Paşinyan hökumətinə qarşı narazılıqlar şiddətlənir

Ermənistanda Paşinyan hökumətinə qarşı narazılıqlar artıır. Koronavirus pandemiyası ucbatından getdikcə ağırlaşan vəziyyət hakimiyyət üçün əlavə problemlərə yol açmaqdadır.

https://azeri.sahartv.ir/SaharAzeri xəbər verir, Ermənistandakı yerli medianın yazdığına görə, ölkədə son hadisələr fonunda baş nazir komandasında birliyi belə təmin edə bilmir. Hakimiyyətin müxtəlif qanadları arasında gərginlik yüksək həddə çatıb.

"Fakt” qəzeti bu barədə yazır ki, Paşinyan niyə bu qədər tez - koronavirusa yoluxduğunu elan etdikdən bir həftə sonra sağaldı? Və o dəqiqə ciddi ölkədaxili siyasi manevrlərə başladı? Qeyd olunur ki, son aylarda Paşinyanın reytinqi sürətlə azalmaqdadır. Səbəb hakimiyyətin koronavirusla əlaqəli vəziyyətə nəzarət edə bilməməsidir.

Vurğulanır ki, Paşinyanın vəzifəsinin müddətini uzatmaq üçün istənilən addımı atmağa hazırdır. Ancaq "xalqın etimadından istifadə etmək” artıq aktual deyil.

Bu arada yayılan məlumatlara əsasən, məhkəmə sahəsində də ciddi dəyişikliklər gözlənilir. Belə ki, Ermənistan hakimiyyəti Ali Məhkəmə Şurasının sədri istefa ərizəsi yazmağı və vəzifəsini tərk etməyi tələb edib. 

Ermənistan hökuməti isə pandemiya fonunda vətəndaşları sosial-iqtisadi problemlərin həll olunacağına inandırmağa çalışır. 

Xatırladaq ki, "Çiçəklənən Ermənistan” partiyasının lideri rəhbərlik etdiyi partiya fəalları qarşısında çıxış edərək demişdi ki, koronavirus pandemiyası zamanı erməni baş nazir hökumətin qarşısına qoyulan vəzifələri həll edə bilmədiyini nümayiş etdirdi. O vurğulamışdı ki, Paşinyan ölkə iqtisadiyyatı, onun irəli getməsi üçün hələ də heç nə edə bilməyib.

"Qolos Armenii” saytı da nə Paşinyan, nə də Ermənistan parlamentinin əksəriyyətini təşkil edən "Mənim addımım” bloku üzvlərinin respublika büdcəsinə investisiya cəlb etmək üçün heç bir strategiya təqdim etmədiklərini bildirib.