Çiçəklənən Ermənistan partiyasının lideri həbs olunub (YENİLƏNİB)
https://azeri.sahartv.ir/news/qafqaz-i363190-Çiçəklənən_ermənistan_partiyasının_lideri_həbs_olunub_(yenİlƏnİb)
Çiçəklənən Ermənistan Partiyasının lideri Gagik Tsarukyan Ermənistanın təhlükəsizlik qüvvələri tərfindən həbs edilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 15, 2020 04:57 Asia/Baku
  • Çiçəklənən Ermənistan partiyasının lideri həbs olunub (YENİLƏNİB)

Çiçəklənən Ermənistan Partiyasının lideri Gagik Tsarukyan Ermənistanın təhlükəsizlik qüvvələri tərfindən həbs edilib.

SaharAzeri xəbər verir,  İran teleradio təşkilatının Sərhədaşırı erməni dilli radiosunun məlumatına görə, korrupsiya, vergidən yayınma, seçicilərə rüşvət vermək və ona aid qumarxanaların qeyri-qanuni fəaliyyəti Gagik Tsarukyana qarşı irəli sürülən əsas ittihamlardır.

Bu elə bir halda baş verir ki, Tsarukyan həbs edilməsindən məqsədin Çiçəklənən Ermənistan Partiyasına siyasi təzyiqləri artırmaq olduğunu deyib.

Çiçəklənən Ermənistan Partiyasını Ermənistan parlamentində 25 deputat təmsil edir.

Eyni zamanda Tsarukyanın tərəfdarları Ermənistanın Milli Təhlükəsizlik Təşkilatının binası önünə toplaşaraq, onun sərbəst buraxılmasını tələb ediblər. 

Ermənistan polisi də onlarla etirazçını koronavirusla bağlı karantin rejiminin tələblərini pozduğuna görə həbs edib. 

Bundan əvvəl də Ermənistanın sabiq prezidenti Serj Sarkisiyan hazırkı hökumətin fəaliyyətini şübhə altına qoyaraq, Ermənistanda demokratiyanın təhlükədə olduğunu və müxalifətin repressiya edildiyini iddia edib.