İyun 19, 2020 17:17 Asia/Baku
  • Ermənistan parlamenti avropalıların müdaxiləsi haqda xəbərdarlıq edib

Ermənistan parlamentinin sədr müavini avropalılardan istəyibdir ki, onun ölkəsinin daxili işlərinə qarışmasınlar.

SaharAzeri xəbər verir, Ermənistan parlamentinin sədr müavini Avropa Birliyi üzvünün nigarançılığına cavab olaraq deyib: Cənab Tusk yaxşı olardı ki, təmkinli olsun və Ermənistanın daxili işlərinə qarışmasın.

Alen Simonyan sonra deyib: Donald Tusk Ermənistana bu ölkənin sabiq rəsmilərinin baxışı ilə nəzər salır, amma gerçəklik bambaşqadır.

Donald Tusk öz tvitter səhifəsində vurğulayıb ki, Avropa Ermənistanda demokratiyanın tez-tez pozulmasından nigarandır. O, İrəvan başçılarından istəyibdir ki, müxalif qüvvələri sıxışdırmaqdan çəkinsinlər.

Ermənistan hökuməti bu ölkənin bəzi sabiq rəsmilərini mühakimə etməyə çalışır. Bu şəxslər qanunsuz şəkildə iri maliyyələr əldə etməkdə ittiham olunurlar.

Teqlər