Ermənistanda son sutkada 711 nəfər koronavirusa yoluxub
https://azeri.sahartv.ir/news/qafqaz-i363675-ermənistanda_son_sutkada_711_nəfər_koronavirusa_yoluxub
Ermənistanda koronavirusa yoluxanların sayı 21 717 nəfərə çatıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 24, 2020 11:33 Asia/Baku
  • Ermənistanda son sutkada 711 nəfər koronavirusa yoluxub

Ermənistanda koronavirusa yoluxanların sayı 21 717 nəfərə çatıb.

SəhərAzəri - Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, son sutka ərzində 711 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, ötən gün 14 nəfərin ölümü qeydə alınıb.

Bu günədək Ermənistanda 386 nəfər koronavirusdan ölüb, 10 534 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, ölkədə martın 16-dan elan edilən fövqəladə vəziyyət iyulun 13-dək uzadılıb.