Ermənistanda koronavirusdan ölənlərin sayı 491 nəfərə çatıb
https://azeri.sahartv.ir/news/qafqaz-i364216-ermənistanda_koronavirusdan_ölənlərin_sayı_491_nəfərə_çatıb
Ermənistanda son sutka ərzində COVID-19 virusuna yoluxma ilə bağlı 330 fakt qeydə alınıb. Bununla da ölkədə koronavirusa yoluxanların ümumi sayı 28 min 936 nəfərə çatıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 06, 2020 10:03 Asia/Baku
  • Ermənistanda koronavirusdan ölənlərin sayı 491 nəfərə çatıb

Ermənistanda son sutka ərzində COVID-19 virusuna yoluxma ilə bağlı 330 fakt qeydə alınıb. Bununla da ölkədə koronavirusa yoluxanların ümumi sayı 28 min 936 nəfərə çatıb.

SəhərAzəri Azərtac-a istinadla xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası Milli Mərkəzi məlumat yayıb. Bildirilir ki, son 24 saat ərzində daha 7 nəfər pandemiyanın qurbanı olub. Bununla da pandemiyadan ölənlərin sayı 491 nəfərə çatıb.