Ermənistanda koronavirusdan ölənlərin sayı 600-ü ötdü
https://azeri.sahartv.ir/news/qafqaz-i364685-ermənistanda_koronavirusdan_ölənlərin_sayı_600_ü_ötdü
Ermənistanda daha 554 nəfərdə koronavirus aşkarlanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 16, 2020 06:31 Asia/Baku
  • Ermənistanda koronavirusdan ölənlərin sayı 600-ü ötdü

Ermənistanda daha 554 nəfərdə koronavirus aşkarlanıb.

SəhərAzəri Report-a istinadla xəbər verir ki, məlumatı Ermənistanin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 33 559-a yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 15 nəfər artaraq 607-yə çatıb. İndiyədək 21 931 nəfər infeksiyadan sağalıb.

Hazırda Ermənistanda 10 832 aktiv koronavirus xəstəsi var.