İyul 21, 2020 19:57 Asia/Baku
  • Ermənistanda COVID-19-a yoluxanların sayı 35 min nəfəri keçib

Ermənistanda son sutka ərzində daha 273 nəfərdə koronavirus aşkarlanıb.

SəhərAzəri Azərtac-a istinadən xəbər verir ki, bu barədə məlumatı Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 35 min 254-ə çatıb.

Bildirilib ki, ölkədə daha 12 nəfər pandemiyanın qurbanı olub. Ermənistanda koronavirusdan ölənlərin sayı 662 nəfərə çatıb.

Hazırda bu ölkədə 10 min 171 aktiv koronavirus xəstəsi var.

Teqlər