Ermənistanda 2 mindən çox uşaqda COVID-19 aşkarlanıb
https://azeri.sahartv.ir/news/qafqaz-i365063-ermənistanda_2_mindən_çox_uşaqda_covid_19_aşkarlanıb
Ermənistanda yeni növ koronavirus (COVID-19) infeksiyasının aşkarlandığı uşaqların sayı açıqlanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 24, 2020 07:24 Asia/Baku
  • Ermənistanda 2 mindən çox uşaqda COVID-19 aşkarlanıb

Ermənistanda yeni növ koronavirus (COVID-19) infeksiyasının aşkarlandığı uşaqların sayı açıqlanıb.

SəhərAzəri yerli mediaya istinadla xəbər verir, iyulun 17-nə olan məlumata əsasən, Ermənistanda 2 230 uşaqda COVID-19 aşkarlanıb.

Virusun aşkarlandığı uşaqlardan ən balacası 28 günlük körpədir.

1 134 uşağın vəziyyəti yüngül və orta qiymətləndirilir. Uşaqlardan birinin vəziyyəti son dərəcə ağır, 12 uşağın vəziyyəti isə ağırdır.

COVID-19-un aşkarlandığı uşaqlardan 1 231 nəfəri oğlan, 999 nəfəri qızdır. 

Xəstəlik aşkarlanan uşaqlardan 1 665 nəfəri sağalıb. 

Xatırladaq ki, Ermənistanda indiyədək 36 613 nəfər COVID-19-a yoluxub, 692 nəfər ölüb.