Gürcüstanda koronavirusa yoluxanların sayı 1 137 nəfərə çatıb
https://azeri.sahartv.ir/news/qafqaz-i365171-gürcüstanda_koronavirusa_yoluxanların_sayı_1_137_nəfərə_çatıb
Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa daha (COVID-19) 6 yoluxma halı qeydə alınıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 27, 2020 05:08 Asia/Baku
  • Gürcüstanda koronavirusa yoluxanların sayı 1 137 nəfərə çatıb

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa daha (COVID-19) 6 yoluxma halı qeydə alınıb.

SəhərAzəri yerli mediaya istinadla xəbər verir, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. 

Bununla da Gürcüstanda koronavirusa yoluxanların sayı 1 137 nəfərə çatıb.

 

Qeyd edək ki, Gürcüstanda koronavirus  səbəbi ilə 6 439 nəfər karantində saxlanılır, 326 nəfər isə stasionar şəraitdə müalicə olunur. Virusa yoluxanlardan 922 nəfərin sağaldığı, 16 nəfərin isə vəfat etdiyi bildirilir.