İyul 28, 2020 09:51 Asia/Baku
  • Gürcüstanda koronavirusa yoluxanların sayı 1145 nəfərə çatıb

Gürcüstanda son bir sutka ərzində yeni növ koronavirusa daha (COVID-19) 8 yoluxma halı qeydə alınıb.

SəhərAzəri yerli mediaya istinadla xəbər verir, bu barədə Gürcüstan hökumətinin koronavorusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.  Bununla da Gürcüstanda koronavirusa yoluxanların sayı 1145 nəfərə çatıb.

Qeyd edək ki, Gürcüstanda koronavirus  səbəbi ilə hazırda 6459 nəfər karantində saxlanılır, 353 nəfər isə stasionar şəraitdə müalicə olunur. Yoluxanlardan 927 nəfərin sağaldığı, 16 nəfərin isə vəfat etdiyi bildirilir.

 

Teqlər