Gürcüstan hökumətinə qarşı milyard dollarlıq İDDİA
https://azeri.sahartv.ir/news/qafqaz-i365318-gürcüstan_hökumətinə_qarşı_milyard_dollarlıq_İddİa
“Anaklia İnkişaf Konsorsiumu” və əsas əcnəbi investor Bob Meyer Gürcüstan hökumətinə qarşı Beynəlxalq Ticarət Palatasının Arbitraj Məhkəməsində iddia qaldırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 30, 2020 19:59 Asia/Baku
  • Gürcüstan hökumətinə qarşı milyard dollarlıq İDDİA

“Anaklia İnkişaf Konsorsiumu” və əsas əcnəbi investor Bob Meyer Gürcüstan hökumətinə qarşı Beynəlxalq Ticarət Palatasının Arbitraj Məhkəməsində iddia qaldırıb.

 SəhərAzəri Publik-ə istinadla xəbər verir ki, şikayət Qara dəniz sahilində Anaklia dərin dəniz limanının inşası layihəsində şirkət və sərmayədarın hüquqlarının pozulması ilə bağlıdır.

Pozuntulara görə tələb olunan məbləğin həcmi 1 milyard ABŞ dollarından çoxdur. Bu məbləğə həm konsorsium, həm də B.Meyerin maliyyə itkiləri daxildir. Hər iki tərəf Gürcüstan hökumətinin onlarla müqaviləyə xitam verməsini qanunsuz hesab edirlər.

Qeyd edək ki, bu ilin yanvarında Gürcüstan hökuməti və konsorsium arasında limanın inşası ilə bağlı 2016-cı ildə imzalanan müqavilə dayandırılıb. Buna səbəb kimi işlərin sənəddə qeyd olunan müddət üzrə yerinə yetirilməməsi göstərilib.