Ermənistanda xarici mediaların yayımı məhdudlaşacaq
https://azeri.sahartv.ir/news/qafqaz-i365631-ermənistanda_xarici_mediaların_yayımı_məhdudlaşacaq
Ermənistan prezidenti Armen Sarkisyan bir qanun imzalayıbdır ki, ona əsasən, bu ölkədə xarici mediaların yayımı məhdudlaşacaq.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 06, 2020 16:08 Asia/Baku
  • Ermənistanda xarici mediaların yayımı məhdudlaşacaq

Ermənistan prezidenti Armen Sarkisyan bir qanun imzalayıbdır ki, ona əsasən, bu ölkədə xarici mediaların yayımı məhdudlaşacaq.

 SəhərAzəri xəbər verir, Ermənistan prezident adminstrasiyasının mətbuat idarəsi bildirib ki, xarici televiziya və radio mediaları bu ölkədə verilişlərini yaymaq üçün Ermənistan hökumətindən lisenziya almalıdırlar.

Bundan öncə Ermənistan milli radio və televiziya komissiyasının sədri Tiqran Hakopyan demişdi ki, xarici mediaların bu ölkənin kabel kanallarında yayımı dil və informasiya təhlükəsizliyini təhdid edir.

Bu məhdudiyyətlər bəzi rus kanallarına da şamil olur.