Netanyahu Azərbaycanı siyasi təbliğata əlavə edir
Trampın “sülh” iddiası yenə şişirdildi
Sionist İsrailin baş naziri Trampı mədh edərkən, Azərbaycan–Ermənistan məsləsini də dilə gətirib.
Bu məlumata əsasən, Benyamin Netanyahu ABŞ prezidenti Donald Trampın guya Azərbaycan–Ermənistan münaqişəsinin nizamlanmasına verdiyi töhfəni xüsusi vurğulayıb.
O, "Newsmax" telekanalına müsahibəsində Trampın beynəlxalq münaqişələrin həllində fəal və nəticəyönümlü rol oynadığını iddia edib.
İsrailin baş naziri deyib: “ABŞ prezidenti dünyanın müxtəlif yerlərində bir çox münaqişələri həll etdi və insanların həllinə inanmadığı məsələləri belə yoluna qoydu. Azərbaycan və Ermənistan məsələsi ilə heç kim məşğul olmurdu. Lakin Tramp bu işin də həllinə dəstək verdi”.
Qeyd edək ki, Tramp administrasiyasının Azərbaycan-Ermənistan məsələsində həlledici rolu barədə heç bir real fakt və sənəd yoxdur. Əslində isə Ağ Ev sahibi Rusiyanın vasitəçiliyinə kölgə salaraq, özündən “sülh göyərçini” obrazı yaratmaq üçün tez-tez bu iddianı dilə gətirir.
Məhz bu kontekstdə, analitiklər Netanyahunun məlum çıxışını Tramp sayağı şişirtmə və saxtakarlıq kimi dəyərləndirirlər. Və onun açıqlaması daha çox siyasi manipulyasiya təsiri bağışlayır.