Gürcüstandan Rusiyaya tələb: Ordunu çıxart!
https://azeri.sahartv.ir/news/qafqaz-i365672-gürcüstandan_rusiyaya_tələb_ordunu_çıxart!
Rusiya Gürcüstana qarşı təcavüzkar və işğalçılıq siyasətini davam etdirir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 07, 2020 14:00 Asia/Baku
  • Gürcüstandan Rusiyaya tələb: Ordunu çıxart!

Rusiya Gürcüstana qarşı təcavüzkar və işğalçılıq siyasətini davam etdirir.

SəhərAzəri Axar.az-a istinadla xəbər verir, bunu Gürcüstan Baş naziri Georgi Qaxariya Cənubi Osetiya müharibəsinin 12-ci ili ilə bağlı danışarkən deyib.

“Biz heç vaxt işğalla barışan deyilik. Gürcüstan hökuməti ölkənin ərazi bütövlüyü problemlərini yalnız sülh və inkişaf yolu ilə həll edəcək. Rusiya qoşunlarını Gürcüstandan çıxarmalıdır”, - Baş nazir bildirib.