“Paşinyan hakimiyyətə gələnə qədər Rusiya Ermənistana 50 min ton pulsuz silah verib”
https://azeri.sahartv.ir/news/qafqaz-i366209-paşinyan_hakimiyyətə_gələnə_qədər_rusiya_ermənistana_50_min_ton_pulsuz_silah_verib
“Rusiya 2018-ci ilin aprelinə, yəni Paşinyan hakimiyyətə gələnə qədər Ermənistana pulsuz olaraq 50 min ton silah verib”.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 20, 2020 05:31 Asia/Baku
  • “Paşinyan hakimiyyətə gələnə qədər Rusiya Ermənistana 50 min ton pulsuz silah verib”

“Rusiya 2018-ci ilin aprelinə, yəni Paşinyan hakimiyyətə gələnə qədər Ermənistana pulsuz olaraq 50 min ton silah verib”.

SəhərAzəri xəbər verir, Bu barədə Ermənistanın eks-prezidenti Serj Sarkisyan keçirdiyi mətbuat konfransında deyib.

O 2010-cu ildə Rusiyanın ozamankı prezidenti Dmitri Medvedevlə imzalanan müqaviləyə əsasən, Rusiyanın Ermənistan sərhədi boyunca məsuliyyəti üzərinə götürdüyünü bildirib.

“Rusiya ilə müqavilə əsasında silahlarımız yenilənməyə başladı. 2018-ci ilin aprelinə qədər Rusiya hərbi-texniki əməkdaşlıq çərçivəsində bizə 50 min ton silah-sursat verib. “İsgəndər”, “Toçka-U” və sair silahlar bu siyahıya daxil deyil”.