Sen 02, 2020 23:14 Asia/Baku
  • Pandemiya Ermənistana sarsıdıcı zərbə vurub

Ermənistan əhalisinin üçdə biri (33 faizi) hesab edir ki, bir ildən sonra onların iqtisadi vəziyyəti daha da pisləşəcək.

SəhərAzəri xəbər verir, Qafqaz Tədqiqat Resurs Mərkəzi (CRRC) tərəfindən Dünya Bankı üçün aparılmış sorğu göstərib ki, Ermənistan əhalisinin 54 faizinin maliyyə vəziyyəti pandemiyaya görə pisləşib.
Sputnik Azərbaycan 2020-ci il iyunun 21-29-da aparılmış sorğuya istinadən bildiri ki, respondentlərin təxminən üçdə biri (35 faizi) ya işini itirib, ya da virus nəticəsində onların iş saatları qısaldılıb və bu, onların əsas ehtiyaclarını ödəmək qabiliyyətinə təsir göstərib.
Ermənistan əhalisinin üçdə biri (33 faizi) hesab edir ki, bir ildən sonra onların iqtisadi vəziyyəti daha da pisləşəcək.
Əlavə karantin məhdudiyyətlərini dəstəkləməyən respondentlərin 66 faizi bu qərarlarını iqtisadi narahatlıqla izah edib.

Teqlər