Okt 05, 2020 21:36 Asia/Baku
  • Sarkisyan: Türkiyənin müdaxiləsi Dağlıq Qarabağ böhranını çətinləşdirib

Ermənistan prezidenti deyib: “Dağlıq Qarabağ böhranının hərbi çözümü yoxdur”.

SəhərAzəri xəbər verir, Ermənistan prezidenti Armen Sarkisyan Sky News-a verdiyi müsahibədə iddia edib: “Türkiyə Azərbaycanı dəstəkləmək üçün bölgəyə minlərlə muzdlu göndərib.  Türkiyənin müdaxiləsi Dağlıq Qarabağdakı məsələləri çətinləşdirir. Dağlıq Qarabağ böhranının hərbi çözümü yoxdur”.
Sarkisyan əlavə edib: “Məncə, bu münaqişə üçüncü tərəfin müdaxiləsi ilə daha da mürəkkəbləşib. Hər iki tərəfdən yüzlərlə insan öldürüldü, yalnız mülki insanlar deyil, Dağlıq Qarabağın kəndlərindəki mülki şəxslərdən də həlak olub. Vəziyyət nəzarətdən çıxacaq. Türkiyənin müdaxiləsi vəziyyəti çətinləşdirir.
Minsk qrupu problemə bir həll təklif edə bilər, ancaq Türkiyənin orada olması problemin həll olunmasına mane olur. Türkiyə qaz boru kəmərlərini dəstəklədiyi üçün orada qalmaq istəyir. Məncə, münaqişə bitdikdən sonra Türkiyə bölgəni tərk etməyəcək. Türkiyədən minlərlə terrorçunun köçürülməsi Rusiya və beynəlxalq ictimaiyyəti hiddətləndirəcək.”

Teqlər