Türkiyə mediaları Şuşada PKK ünsürlərinin olduqlarını iddia ediblər
Okt 27, 2020 09:00 Asia/Baku
Türkiyə mediaları iddia ediblər ki, Ermənistan çoxlu sayda PKK üzvünü Dağlıq Qarabağın Şuşa şəhərinə göndəribdir.
SəhərAzəri xəbər verir, Türkiyə medialarının iddiasına görə, Ermənistan PKK üzvlərinə Azərbaycan Respublikası hərbçilərinin uniformasını geyindirərək, onları işğal altında olan Şuşa şəhərində yerləşdiribdir.
Bundan öncə Azərbaycan Respublikası ordusuna təslim olmuş bir qrup erməni hərbçi PKK üzvlərinin Ermənistan qüvvələrinin kənarında vuruşduqlarını etiraf etmişdi.
Ermənistan indiyə kimi Türkiyə medialarının bu iddiası qarşısında bir fikir bildirməyib və ya onu təsdiq, yaxud da təkzib etməyibdir.
Türkiyə 1984-cü ildən Türkiyə Kürdüstanı Fəhlə Partiyası- PKK-nın üzvləri ilə müharibə vəziyyətindədir.