Ermənistanın baş naziri Putinə məktub yazıb; Təcili yardım istədi
Ermənistan baş naziri Rusiya prezidentinə məktub yazıb və ondan Ermənistan sərhədlərində təhlükəsizliyin təmin edilməsi üçün yardım istəyib.
İRİB-nin İrəvan bürosunun məlumatına görə, Ermənistan baş naziri Nikol Paşinyan bu məktubda Qarabağ müharibəsi çərçivəsində Azərbaycan Respublikasının hərbi əməliyyatlarının Ermənistan sərhəddinə yaxınlaşmasına toxunub.
Paşinyan Azərbaycan Respublikası hərbçilərinin Ermənistan ərazilərinə yaxınlaşmasını nəzərə alaraq, Rusiya prezidenti Vladimir Putindən, Ermənistanın təhlükəsizliyini təmin etmək üçün Moskvanın İrəvana göstərə biləcəyi yardımların miqdarı və növünü müəyyən etmək üçün təcili məsləhətləşmələr aparmasını xahiş etdiyini iddia edir.
Rusiya ilə Ermənistan arasında 1997-ci ildə strateji əməkdaşlıq və qarşılıqlı yardım üzrə müqavilə imzalanıb, qarşıdurmaların birbaşa Ermənistan ərazisinə keçiriləcəyi halda İrəvana lazımi bütün köməklik göstəriləcəyi qeyd edilib.
Nikol Paşinyanın Putinə xahişi, elə bir haldadır ki, Ermənistan xarici işlər naziri Zohrab Mnatsakanyan və Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun ATƏT-in Minsk qrupu həmsədrlərinin Rəislərinin vasitəçiliyi ilə Cümə günü Cenevrədə görüşü baş tutub.
Rusiya Xarici İşlər Nazirliyi Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiya Prezidenti Vladimir Putinə müraciəti ilə bağlı bəyanat yayıb, bu barərə Rusiya Xarici İşlər Nazirlyinin rəsmi internet saytında məlumat verilib.
Bəyanatda deyilir: “Ermənistan Respublikasının Baş Naziri N.Paşinyanın Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə Rusiya Federasiyasının Ermənistan Respublikasının təhlükəsizliyini təmin etmək üçün göstərə biləcəyi yardım növünü və miqdarını müəyyənləşdirmək üçün məsləhətləşmələrə başlamaq istəyi ilə bağlı müraciəti ilə əlaqədar olaraq, Rusiyanın Ermənistana münasibətdə 27 avqust 1997-ci il Müqaviləsində əks olunan müttəfiqlik öhdəliyini bir daha təsdiqləyirik. Müqaviləyə uyğun olaraq Rusiya qarşıdurmalar birbaşa Ermənistan ərazisinə keçərsə, İrəvana lazımı olan bütün köməkləri göstərəcək”,