Bu partiyalar Gürcüstan parlamentinə daxil oldu
https://azeri.sahartv.ir/news/qafqaz-i369100-bu_partiyalar_gürcüstan_parlamentinə_daxil_oldu
Doqquz siyasi qüvvə Gürcüstan parlamentinə daxil ola biləcək.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 01, 2020 08:35 Asia/Baku
  • Bu partiyalar Gürcüstan parlamentinə daxil oldu

Doqquz siyasi qüvvə Gürcüstan parlamentinə daxil ola biləcək.

SəhərAzəri xəbər verir, bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

Parlamentə daxil olanlar Gürcü Arzusu Partiyası, Vahid Milli Hərəkat Partiyası, Avropalı Gürcüstan Partiyası, “Qirçi”, “Lelo”, Aqmaşenebeli strategiyası bloku, Leyboristlər, Vətənpərvərlər Alyansı və Vətəndaş Partiyasıdır.

Gürcüstan MSK-nın məlumatına görə, hazırda səslərin 80.22 faizi sayılıb.

Qeyd edək ki, Gürcüstan parlamentinə daxil olmaq üçün səslərin 1 faizi yığmaq kifayət edir.