Qarabağda rus sülməramlıları yerləşdiriləcəklər
Noy 10, 2020 05:44 Asia/Baku
Rusiya Qarabağda atəşkəsə nəzarət üçün bu bölgəyə sülhməramlılar göndərəcək.
SəhərAzəri xəbər verir, Rusiya Müdafiə Nazirliyi bu gün səhər tezdən bir bəyanatda bidiribdir ki, həmin qüvvələr Qarabağ bölgəsində və Qarabağı Ermənistana qovuşduran Laçın dəhlizi boyu yerləşəcəklər.
Bəyanatda deyilir ki, Qarabağın mərkəzi olan Xankəndi şəhərinin yaxınlığındakı bir məntəqə Rusiya sülhü mühafizə qüvvələrinin komandanlıq qərargahı olacaq.
Rusiya Müdafiə Nazirliyi həmçinin sülhə nəzarət edəcək qüvvələr üçün hərbi təchizatların göndərilməsindən xəbər verib. Bu təchizatlar təyyarə ilə Qarabağ bölgəsinə göndərilibdir.
Moskva Qarabağda atəşkəsə nəzarət üçün iki minə yaxın sülhməramlı, doxsan zirehli avtomobil, 380 təchizat və avtomobil nəzərdə tutubdur.