Ermənistan Rusiyanın orbitindən çıxır?
https://azeri.sahartv.ir/radio/qafqaz-i423852-ermənistan_rusiyanın_orbitindən_çıxır
Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin 2027 və ya 2028-ci ildə Avropa İttifaqına (Aİ) üzvlük üçün rəsmi müraciət etməsini real hesab edir. O, bu addımın Ermənistanın müstəqilliyinin möhkəmləndirilməsi və demokratik inkişafı baxımından strateji seçim olduğunu bildirib.
(last modified 2026-11-04T11:12:00+00:00 )
Noy 04, 2026 15:09 Asia/Baku
  •  Ermənistan Rusiyanın orbitindən çıxır?

Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin 2027 və ya 2028-ci ildə Avropa İttifaqına (Aİ) üzvlük üçün rəsmi müraciət etməsini real hesab edir. O, bu addımın Ermənistanın müstəqilliyinin möhkəmləndirilməsi və demokratik inkişafı baxımından strateji seçim olduğunu bildirib.

Paşinyan bu barədə “Euronews” telekanalına müsahibəsində danışıb.O qeyd edib ki, Ermənistanın Avropaya inteqrasiyası istiqamətində proses artıq başlayıb.Baş nazirin sözlərinə görə, hökumət yekun qərar üçün hazırlıq işləri aparır.Paşinyan Aİ-yə üzvlüyü 2018-ci il inqilabından sonra formalaşan demokratik kursun davamı kimi qiymətləndirib.O bildirib ki, Ermənistan xalqının qarşısında alternativ seçim imkanları yaradılmalıdır.Baş nazir Rusiyadan siyasi və iqtisadi asılılığın azaldılmasının vacibliyinə də toxunub.Onun sözlərinə görə, hökumət xarici əlaqələri şaxələndirməyi planlaşdırır.Rusiya isə Ermənistanın Qərbə yaxınlaşmasına, o cümlədən enerji sahəsində mümkün addımlara qarşı xəbərdarlıq edib.Paşinyan bu müsahibədə Dmitri Medvedevin Ermənistanın “ikinci Ukraynaya” çevrilə biləcəyi barədə açıqlamasını rədd edib.O vurğulayıb ki, İrəvanın əsas məqsədi ölkənin müstəqilliyini və suverenliyini gücləndirməkdir.