Ermənistanda koronavirusdan ölənlərin sayı 2326 nəfərə çatıb
Dek 06, 2020 13:23 Asia/Baku
Ötən sutka ərzində Ermənistanda daha 978 nəfər yeni növ koronavirusa (COVİD-19) yoluxub.
SəhərAzəri yerli KİV-lərə istinadən xəbər verir, bununla da Ermənistanda koronavirusa yolxunların sayı 141 937 nəfərə çatıb.
Ötən sutka bu ölkədə COVİD-19-a yoluxmuş 17 nəfər ölüb və koronavirusdan ölənlərin sayı 2326 nəfərə yüksəlib.