Dek 08, 2020 19:38 Asia/Baku
  • İrəvanda əhali yolları bağlamağa başlayıb

Ermənistanda müxalifətin baş nazir Nikol Paşinyanın istefası üçün verdiyi ultimatumun vaxtı bitib.

SəhərAzəri xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan istefa vermədiyi üçün müxalifət əhalini vətəndaş itaətsizliyinə çağırıb.

Bu çağırışı "Daşnaksutyun" partiyasının nümayəndəsi İşxan Saqatelyan öz "Facebook" səhifəsindən edib.

O bildirib ki, bu andan etibarən Ermənistan vətəndaşları öz narazılıq və tələblərini hakimiyyətə çatdırmaq üçün dinc itaətsizlik aksiyaları keçirmək hüququna malikdir.

Xatırladaq ki, noyabrın 10-da üçtərəfli bəyanatın imzalanmasından sonra Ermənistanda hökumətə qarşı etirazlar dayanmır.

Teqlər