Yan 13, 2021 16:27 Asia/Baku
  • Gürcü zərgərlər Nizami Gəncəvinin heykəlciyini hazırlayıb

Gürcüstanda zərgərlik məmulatlarının istehsalı sahəsində aparıcı mövqe tutan “Zarapxana” şirkəti böyük şair və mütəfəkkir Nizami Gəncəvinin stolüstü heykəlciyini hazırlayıb.

SəhərAzəri xəbər verir, suvenir şirkətin kolleksiyasına daxil edilib.

Şirkətin saytındakı məlumata əsasən, heykəlcik obsidian daşı, 925 əyarlı gümüşdən hazırlanıb və qızıl suyuna çəkilib. Çəkisi 309,79 qram olan suvenirdə Nizami Gəncəvi əlində kitab, oturaq vəziyyətdə və ənənəvi şərq libasında təsvir olunub.

Gürcüstan istehsallı suvenirin ilkin qiyməti 868 ABŞ dolları olsa da, hazırda 608 ABŞ dollarına təklif edilir. “Zarapxana” unikal zərgərlik məmulatının Tbilisi, Batumi şəhərləri, Gürcüstanın bölgələri və xarici ölkələrə çatdırılmasını da təmin edir.

Qeyd edək ki, “Zarapxana” şirkətinin yaranma tarixi 1939-cu ildə başlayır. 2005-ci ildə fərdi mülkiyyətə çevrilən müəssisənin əsas prioritetləri Gürcüstanın zərgərlik irsinin qorunub saxlanılması və inkişafıdır.

Teqlər