Qarabağda erməni minaya düşərək ölüb
Yan 13, 2021 16:35 Asia/Baku
Azərbaycanın Qarabağ bölgəsində erməni minaya düşərək ölüb.
SəhərAzəri xəbər verir, məlumatı “Novosti Armeniya” yayıb.
Bildirilib ki, hadisə 12 yanvar saat 17:50-də Tərtər rayonunun Ağdərə qəsəbəsi ərazisində qeydə alınıb.
Məlumata görə, partlayış rayonun erməni sakini ekskavatorla qazıntı işləri apardığı zaman olub.
Nəticədə o, müxtəlif dərəcəli yanıq xəsarətlərindən hadisə yerində ölüb.
Qeyd edək ki, Dağlıq Qarabağda hələ də çox sayda partlamamış hərbi sursat var. Rus sülhməramlıları son hərbi əməliyyatlar baş verən ərazini sursatlardan təmizləyir.