Yan 13, 2021 19:48 Asia/Baku
  • Rusiya mətbuatı: “Qarabağda əməliyyatlar yendiən başlaya bilər”

Rusiyalı politoloq Ajdar Kurtov “İzvestiya” qəzetinə verdiyi açıqlamada xəbərdarlıq edib ki, fəal əməliyyatlarının yenidən başlanması təhlükəsi hələlik qalmaqdadır. Ona görə ki, Ermənistanda siyasi vəziyyət qeyri-stabildir. Bu, əldə edilən razılaşmalara sözsüz əməl ediləcəyini deməyə imkan vermir.

SəhərAzəri xəbər verir, politoloq qeyd edib ki, Qarabağın statusu məsələsi praktiki şəkildə daha sərt ortaya qoyulsa, yenidən vəziyyət kəskinləşəcək. İndilik bu mövzu ikinci planda saxlanılır. Çünki əsirlərin gələcəyi, ərazilərin minalardan təmizlənməsi və infrastrukturun yaradılması kimi məsələlər ön plana çəkilib. Bərpa işləri başa çatıb status məsələsi gündəmə gətiriləndə Ermənistan hazırda Rusiyanın nəzarəti altında olan ərazilərin Azərbaycanın tərkib hissəsi sayılmamasına cəhd edəcək. Bu problemi diplomatik yolla həll etmək mümkün olmasa, vəziyyət yenidən alovlana bilər, çünki bölgədə rəsmi Ankaranın da maraqları var. Ankara öz təsirinin regionda böyüməsində maraqlıdır.

 

Teqlər