Yan 14, 2021 11:38 Asia/Baku
  • Gürcüstanda məktəblər bağlı qaldı

"Gürcüstanda yaxın günlərdə məktəblərin açılması barədə yayılan məlumatlar əsassızdır. Mövcud yoluxma sayı və vəziyyət bu barədə danışmağa imkan vermir".

SəhərAzəri Publika-ya istinadən xəbər verir ki, bu sözləri Gürcüstanın səhiyyə naziri Yekaterina Tikaradze Koordinasiya Şurasının iclasından sonra keçirdiyi brifinqdə söyləyib.

“Uşaqları düzgün mühitdə böyütməyin və onlara təhsil verməyin vacibliyindən tez-tez danışırıq. Bununla bağlı Təhsil Nazirliyi ilə birgə işləyirik. Uşaqların sağlamlığı və təhlükəsizliyinin qorunmasının əsas məsələ olduğunu unutmamalıyıq. Buna görə də bəzi fikirlərimiz olsa da, bu mövzuda daha diqqətli davranırıq”, - deyə nazir bildirib.

Y.Tikaradze vurğulayıb ki, imkan olan kimi qısa müddətdə Təhsil Nazirliyi uşaqların təhlükəsiz şəkildə məktəblərə getməsi üçün hər cür şəraiti təmin edəcək.

Teqlər