Yan 28, 2021 21:00 Asia/Baku
  • Ermənistanda polislə etirazçılar arasında toqquşma olub, saxlanılanlar var

Ermənistanda hökumət binasının qarşısında polis qüvvələri ilə Baş nazir Nikol Paşinyanın istefasını tələb edən etirazçılar arasında toqquşma olub.

SəhərAzəri Apa-ya istinadən verdiyi xəbərə görə, etirazçılar hökumət binasına girməyə cəhd ediblər.

Etirazçıların digər qismi isə Ermənistan Baş Prokurorluğunun binasına daxil olmağa cəhd ediblər.

Polis qüvvələri bu cəhdin qarşısını alıb. Saxlanılanların olduğu bildirilir.

 

Teqlər