Erməni general qiyamçıların tərəfinə keçdi
Mart 01, 2021 09:27 Asia/Baku
Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisinin sabiq müavini, general-leytenant Aykaz Baqmanyan da qiyamçıların tərəfinə keçdiyini bəyan edib.
SəhərAzəri xəbər verir ki, Erməni mediası xəbər verir ki, o, Baş Qərargahın baş nazir Nikol Paşinyanı və hökuməti istefa bəyanatına qoşulub.
Qiyamçı general bildirib: Mən hesab etmirəm ki, silahlı qüvvələr bu bəyanatı düşünmədən verib. Mən düşünürəm ki, onlar ciddi qərar qəbul ediblər və bu bəyanata qoşularaq onu müdafiə edirəm”.
General-leytenant daha sonra əlavə edib: “Məğlub ölkənin lideri postunda qala bilməz, 10 noyabrda o, istefaya getməli idi. İndi o, “1 mart”ı təkrarlamaq istəyir, hansı ki, 2008-ci ildə baş vermişdi – güllələnmə, yanan maşınlar və sair”.