Gürcüstan müxalifəti fasiləsiz etiraz aksiyaları elan etdi
https://azeri.sahartv.ir/news/qafqaz-i374688-gürcüstan_müxalifəti_fasiləsiz_etiraz_aksiyaları_elan_etdi
Bu gündən etibarən Gürcüstan müxalifəti fövqəladə fəaliyyət rejiminə keçir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 20, 2021 18:56 Asia/Baku
  • Gürcüstan müxalifəti fasiləsiz etiraz aksiyaları elan etdi

Bu gündən etibarən Gürcüstan müxalifəti fövqəladə fəaliyyət rejiminə keçir.

SəhərAzəri xəbər verir ki, bu barədə Vahid Milli Hərəkat Partiyasının üzvü Zaal Udumaşvili bildirib.

Onun sözlərinə görə, mayın 15-də müxalifət Tbilisinin Rustaveli prospektində etiraz aksiyası keçirəcək:

“Bu tarixə qədər isə mitinqlər həm paytaxt, həm də bölgələrdə təşkil olunacaq. Müxalifət fasiləsiz etiraz aksiyaları rejiminə keçir”.

Müxalifətçi davamlı etirazların sonda qələbə və ölkədə müsbət dəyişikliklərlə nəticələnəcəyini qeyd edib.