İyun 14, 2021 22:15 Asia/Baku
  • “Seçkidən sonra bütün müxalifləri asfaltın üstündə yatıracağam”

Ermənistanda parlament seçkilərinə namizəd Nikol Paşinyan dünən axşam İrəvanda yürüş keçirib və aksiyanın sonunda söz verib ki, bu seçkidə də qalib gələcək və müxaliflərini asfaltda yatmağa məcbur edəcək.

SəhərAzəri-nin məlumatına əsasən, Yürüşdə Ermənistanın siyasi elitası da iştirak edib. Ermənistan parlamentini sədri, vitse-spiker, Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin müvəqqəti rəhbəri və bir sıra digər rəsmilər Paşinyanla eyni cərgədə irəliləyiblər.

Paşinyan əlindəki diktofonla təkcə tərəfdarlarına yox, həmçinin əleyhdarlarına səslənməyi yaddan çıxarmayıb. "Bu gün seçici qarşıdurması yaratmaqla siyasi hakimiyyətə gələcəyini düşünənlərin gələcəyi yoxdur. Hər kəsi xəbərdar edirəm: hamınızı səliqə ilə qarşımızdakı asfaltımızın üstünə yatıracağam. Bu gündən etibarən həmin düzülüşə hazır olmaq üçün məşq edin”, - deyə Paşinyan bildirib.

Qeyd edək ki, asfaltda yatmaq burada məcazi mənadadır və ötən qış aylarında müxalifətin keçirdiyi aksiyada gecələr asfalt üstündə yatmalarını nəzərdə tutub.

Teqlər