Rusiyaya acıq verilir
Gürcüstan NATO-ya üzv olmağa hazırlaşır
Gürcüstan yenidən Şimali Atlantika Alyansı NATO-nun qapısını döyür
SəhərAzəri-nin məlumatına əsasən, Gürcüstanın baş naziri İrakli Qaribaşvili Brüssel forumunda çıxışında ölkəsinin Alyansla əməkdaşlığı dərinləşdirməyə hazır olduğunu bildirib: “Bu, aspirant ölkə kimi bizim üçün çox aktualdır, belə ki, biz NATO-ya üzvlüyə hazırlaşırıq”.
Hökumət başçısı qeyd edib ki, yalnız Gürcüstan deyil, region, Avropa və digər ölkələr yeni təhlükəsizlik təhdidləri ilə üzləşirlər və özlərinə müdafiə üçün vasitələr axtarırlar.
İ.Qaribaşvilinin sözlərinə görə, Qərbin hətta ən güclü demokratik ölkələri yeni çağırışların öhdəsindən gələ bilmirlər: “Gürcüstan çətin dövrlərdə inanılmaz dayanıqlıq nümayiş etdirdi. Demokratik institutların möhkəmləndirilməsi, iqtisadi inkişaf və modernləşdirilməyə dəstək xarici təhdidlərə daha dayanıqlı olmağımız üçün göstərdiyimiz ən vacib səylərimizdəndir”.
Bu arada NATO-nun baş katibi Yens Stoltenberq yaxın gələcəkdə Gürcüstan üçün yol xəritəsinin hazırlanıb-hazırlanmayacağı barədə suala cavab olaraq bildirib ki, NATO-nun qapıları açıqdır, lakin konkret müddətlərin açıqlanması planlaşdırılmır.