İyun 21, 2021 16:49 Asia/Baku
  • Kreml: Paşinyanın partiyasının inamlı qələbə qazandığını görürük

Rusiya hökuməti Ermənistandakı parlament seçkilərində Paşinyanın qələbəsini alqışlayıb.

SəhərAzəri-nin məlumatına əsasən, Kremlin mətbuat katibi Dmitri Peskov Ermənistanda keçirilən növbədənkənar seçkilərin nəticələrini şərh edərkən bildirib ki, rəsmi Moskva Ermənistandan gələn məlumatları yaxından izləyir. Moskva Ermənistan Mərkəzi Seçki Komissiyasından seçkilərin keçirildiyinə dair gələn məlumatları alqışlayır. Paşinyanın partiyasının inamlı qələbə qazandığını görür.

Peskov sonra deyib: "Ermənistan Rusiyanın ən yaxın müttəfiqi və ortağıdır. Əlbəttə, arzu edirik ki, erməni xalqının bu seçimi, ölkənin hazırda yaşadığı çətinliklərin öhdəsindən gəlməyə kömək etsin".

Bu arada Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada keçirdiyi mətbuat konfransı zamanı Ermənistandakı seçkilərin və Paşinyanın qələbəsinin Dağlıq Qarabağdakı situasiyaya mümkün təsirləri barədə suala cavab verib. Lavrovun sözlərinə görə, Rusiya tərəfi bundan çıxış edir ki, 10 noyabr üçtərəfli bəyanatı işləyir.

O, seçkilərin yekunlarının Dağlıq Qarabağdakı situasiyaya təsiri haqda danışmaq üçün hələ çox tez olduğunu bildirib.

Teqlər