İyun 23, 2021 07:03 Asia/Baku
  • Revanşistlər 20 iyun seçkilərinin nəticəsini tanımırlar

Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın “Şərəf Duyuram” bloku ölkədə keçirilmiş növbədənkənar parlament seçkilərinin nəticələri ilə bağlı bəyanat yayıb.

SəhərAzəri-nin məlumatına əsasən, bəyanda qeyd olunub ki, seçkilər siyasi prosesin tərkib hissəsi olmadı, ölkəni uçurumdan uzaqlaşdırmaq üçün hazırlanmış yol xəritəsinə çevrilmədi.

Bəyanatda Dağlıq Qarabağ məsələsinə də işarə olunur və Paşinyana qarşı sərt ittihamlar irəli sürülür. “Bu seçkilər Ermənistan və “artsax”ın təhlükəsizlik, sabitlik və layiqli gələcək məsələlərini həll etmədi. Təslimçi milli maraqlarımızı başqalarına tabe etməyə davam edir. Son Qarabağ müharibəsindəki ərazi və insan itkilərini qanuniləşdirmək və Ermənistanı geosiyasi bazarlıqda alver predmetinə çevirmək üçün əldə edilmiş nəticələri tanımadığımızı bildiririk. Mübarizə davam edir”, - deyə bəyanatda vurğulanır.

 

Teqlər