İyun 26, 2021 16:14 Asia/Baku
  • Aİ heyəti xəritə məsələsinə biganə yanaşdı

Ermənistanın baş naziri Avropa İttifaqı nümayəndə heyəti ilə görüşündə erməni diversantların azadlığa buraxılmasına görə Avropa Şurasının rəhbəri Şarl Mişelin rolunu yüksək qiymətləndirib

SəhərAzəri-nin məlumatına əsasən,Ermənistanın baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan ötən gün Yerevanda Avropa İttifaqı nümayəndə heyətini qəbul edərkən, 15 erməni hərbi əsirin Azərbaycandan geri qaytarılmasında Avropa Şurasının rəhbəri Şarl Mişelin rolunu yüksək qiymətləndirib.

"Ermənistan Azərbaycanın humanitar addımlarına müvafiq hərəkətlərlə cavab verməyə hazırdır", - Nikol Paşiniyan 15 əsirin azad edilməsinə cavab olaraq Ağdamda minalanmış ərazilərin xəritələrinin Azərbaycana verilməsini nəzərdə tutaraq deyib.

Görüşdə müharibədən sonra regiondakı vəziyyət müzakirə edilib.

Azərbaycan Respublikasının azad olunmuş ərazilərdə bərpa işləri aparmasını və əhalinin öz doğma yurduna qayıtması prosesinə başlamsını ciddi kölgəyə salan minalanmış ərazilərin xəritəsinin Ermənistan tərəfindən təhvil verilməməsi, Bakıda ciddi narahatlıq doğurur.

Üçtərəfli razılaşmanın öhdəliklərindən biri olduğu deyilən həmin xəritələrin Azərbaycana təhvil verilməsi qarşılıqlı güzəştlərlə baş tutacaqsa, bir çox ekspertlərə görə bu həm çox vaxt tələb edəcək həm də bir növ bac almaq anlamına gəlir. Belə bir ciddi məsələ nəyə görə Avropa İttifaqının nümayəndə heyətinin regiona səfərində Azərbaycan Respublikası tərəfindən ortaya qoyulmayıb?

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevə SəhərAzəri telekanalına müsahibəsində deyib ki, ermənilərin arxasında böyük dövlətlərin durduğunu nəzərə alaraq bu mövzunun Aİ nümayəndə heyətinin Bakıya səfərində qaldırılması mənasız olardı.

Partiya sədri Azərbaycan Respublikası xalqının Avropadan və Amerikadan nəsə gözləməməli olduğunu xatırladıb və deyib: “Onlar şeytan kimi alverlə məşğuldurlar, 30 il müddətində Azərbaycan torpaqlarının işğalına mövqe bildirmədikləri kimi bundan sonra da onlardan ədalətli mövqe gözləmirik”.

 

 

Teqlər