Avq 25, 2021 12:34 Asia/Baku
  • Ermənistan parlamentində bu gün də dava düşüb

Ermənistan Parlamentində bu gun növbəti qarşıdurma yaşanıb, deputatlar bir-birilərinə su qabları atıblar.

SəhərAzəri-nin Sputnik.az-a istinadən verdiyi məlumata görə, "Vətəndaş müqaviləsi" partiyasından olan deputat Ayk Sarkisyan Ermənistanın sabiq müdafiə nazirlərini tənqid edib. Belə ki, deputat qeyd edib ki, "zəng və ya pul müqabilində ordudan azad edilən hərbçilərin zamanında olmuş müdafiə nazirləri vətən xainləridir".

Bundan sonra Ermənistanın sabiq müdafiə naziri Seyran Ohanyanla deputat arasında söz qarşıdurması yaşanıb. Deputat Sarkisyana su şüşəsi atılıb və bu artıq su atışmasına başlanğıc olub. sonra müxalif və "Vətəndaş müqaviləsi"dən olan deputatlar bir-birilərinə su qabları atdılar.
Dünən də Ermənistan parlamentində qalmaqal yaşanmışdı. Parlamentin iclasında "Şərəfim var" blokunun deputatı Anna Mkrtçyan öz çıxışı zamanı Paşinyanın yol verdiyi səhvləri sadalamağa başlayanda  "Vətəndaş müqaviləsi" partiyasının deputatları yerlərindən qışqıraraq onun sözünü kəsməyə çalışdılar və bu parlamentdə qalmaqallı anların yaşanmasına gətirib çıxardı.

Bəzi deputatlar "Nikol satqındır!" deyə qışqırıblar,davada Artsvik Minasyanın paltarı cırılıb, Anna Mkrtçyanı isə zorla zaldan çıxarıblar.


 

 

Teqlər