Ermənistan Gorus-Qafana alternativ yol tikir
https://azeri.sahartv.ir/news/qafqaz-i381154-ermənistan_gorus_qafana_alternativ_yol_tikir
Ermənistanın cənubundakı Syunik (Zəngəzur) bölgəsində Gorus-Qafan avtomobil yoluna alternativ maqistral tikir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 17, 2021 06:03 Asia/Baku
  • Ermənistan Gorus-Qafana alternativ yol tikir

Ermənistanın cənubundakı Syunik (Zəngəzur) bölgəsində Gorus-Qafan avtomobil yoluna alternativ maqistral tikir.

SəhərAzəri-nin məlumatına əsasən, Ərazi İdarəsi Nazirliyi yanında "Yol Departamenti" qurumunun mətbuat xidmətindən "Sputnik Ermənistan"-a verilən məlumata görə, hazırda 68 kilometrlik Tatev-Ağvani yolunun 25-68 kilometr arasındakı hissəsində təmir işləri aparılır. Qalan hissəsi artıq asfaltlanıb. Qeyd olunur ki, bu addım "Azərbaycan polisinin hərəkətləri nəticəsində yaranan çətinliklər nəzərə alınmaqla" həyata keçirilir.

Yol ilin sonunda istifadəyə veriləcək və gündəlik ötürmə qabiliyyəti 1500-4500 avtomobil olacaq.