Gürcüstanın keçmiş prezidenti həbs edildi
Okt 02, 2021 11:36 Asia/Baku
Gürcüstana qayıdan bu ölkənin keçmiş prezidenti hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
SəhərAzəri-nin məlumatına əsasən, Gürcüstanın baş naziri İrakli Qaribaşvili, bu ölkənin keçmiş prezidenti Mixail Saakaşvilinin həbs edilməsini təsdiqləyib.
Mixail Saakaşvili Gürcüstan hökumətinin müxaliflətindəndir.
Həbs Gürcüstanda yerli seçkilər ərəfəsində baş verib.
Gürcüstanın keçmiş prezidenti cümə günü rəsmilərin onu həbs etməklə hədələməsinə baxmayaraq, Ukraynadan Gürcüstana qayıdıb.
Mixeil Saakaşvili təxminən üç il əvvəl Gürcüstanın Baş Prokurorluğu tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə, həmçinin prezidentlik dövründə qanunsuz hərəkətlərə görə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.