Okt 07, 2021 21:36 Asia/Baku
  • AR və Ermənistan
    AR və Ermənistan

Azərbaycan Respublikası və Ermənistanın xarici işlər nazirləri görüşəcəklər.

SəhərAzəri-nin məlumatına əsasən, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bu xəbəri bu ölkə parlamentində elan və əlavə edib ki, həmin görüş ATƏT-in Minsk Qrupunun nəzarəti altında keçiriləcək.

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla Nyu-Yorkda keçirdiyi öncəki görüşünə toxunan Mirzoyan deyib ki, iki ölkə arasında müzakirələr prosesinin bərpası Ermənistanın və Qarabağın xeyrinədir.

«İki ölkə arasında çox sayda problemin olmasına əsasən, biz bir daha görüşmək qərarına gəldik»- deyə, Ararat Mirzoyan bildirib.

Ermənistan xarici işlər nazirinin dediyinə görə, bu görüşlərin ən mühüm mövzusu, insani məsələlərdir və bu əsasda hazırda Ermənistan üçün ən əsas məsələ, Azərbaycan Respublikasındakı erməni əsirləri məsələsidir.

 

Teqlər