Okt 15, 2021 12:37 Asia/Baku
  • Yerevan Bakını məhkəməyə verib
    Yerevan Bakını məhkəməyə verib

Ermənisan Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycan Respublikasına qarşı məhkəmə işi açıb və Bakını etnik nifrətyaymada ittiham edib.

SəhərAzəri-nin məlumatına əsasən, Ermənistan hökumətinin nümayəndələri Haaqa məhkəməsinin hakimlərilə görüşdə bildiriblər ki, Azərbaycan Respublikası Ermənistan vətəndaşlarına qarşı etnik nifrətə rəvac verir və bu nifrətyayma və zorakılığa son qoyulmalıdır.

Ermənistanın bu məhkəmə işi onun ötən ay Beynəlxalq Ədalət Məhkəməsinə təhvil verdiyi şikayət işinin bir hissəsidir.

Bu məhkəmə işində deyilir ki, Azərbaycan Respublikası hər iki ölkənin də imzladığı «Ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqındakı konvensiya»nı pozubdur.

Ermənistanın Azərbaycan Respublikasına qarşı şikayət ərizəsi irəli sürməsindən sonra Bakı da oxşar bir şikayətdə Yerevanı yuxarıda qeyd olunan konvensiyanı pozmaqda ittiham edib.

 

Teqlər