Paşiniyan Moskva görüşü barədə danışmaq istəməyib
Okt 26, 2021 14:50 Asia/Baku
Oktyabrın 25-də parlamentdə 2022-ci il üçün büdcənin müzakirəsi zamanı geniş çıxış edən Ermənistan baş naziri Nikol Paşiniyan noyabr ayında Moskvada Əliyev-Putin-Paşinyan görüşünün keçiriləcəyinə dair Rusiya və yerli mediada dolaşan şayiələrlə bağlı suallara cavab verməyib.
SəhərAzəri-nin məlumatına əsasən,Ermənistan baş naziri Nikol Paşiniyan deputatların sullarına cavab verməyib. Onun mətbuat katibi də hər hansı şərh verməkdən boyun qaçırıb.
Azadlıq radiosunun erməni xidmətinin müxbiri Azatutyun yazır ki, iqtidaryönlü deputatlar da bu barədə ya danışmaqdan imtina edir, ya da məlumatları olmadığını deyirlər.