Noy 09, 2021 15:10 Asia/Baku
  • Yerevanda anti-hökumət aksiyası
    Yerevanda anti-hökumət aksiyası

«Ermənistan» blokunun tərəfdarları Yerevanda anti-hökumət aksiyası keçiriblər.

SəhərAzəri-nin məlumatına əsasən, Ermənistanın sabiq prezidenti Robert Köçəryanın başçılıq etdiyi «Ermənistan» bloku milli müqavimət cəbhəsi yaratmağa çalışır. Bu koalisiyada məqsəd, Ermənistanın hazırkı hökumətinin devrilməsidir.

«Ermənistan» blokunun bu nümayişdəki natiqləri bildiriblər ki, hazırkı hökumət milli maraqları təmin etmir və milli müqavimət cəbhəsi yaratmaqla ölkənin vəziyyətini dəyişmək olar.

Blokun aksiyadakı rəhbərləri Ermənistan hökumətinin bu ölkədən yeni bölgələri Azərbaycan Respublikasına verəcəyindən nigarançılıq ediblər.

Doqquz noyabr günü, Qarabağ atəşkəsinin imzalandığı gündür.

 

Teqlər