Paşiniyan Azərbaycanla avtomobil əlaqəsi qurulmasından danışıb
https://azeri.sahartv.ir/news/qafqaz-i384304-paşiniyan_azərbaycanla_avtomobil_əlaqəsi_qurulmasından_danışıb
Ermənistanın Baş naziri Nikol Paşinyan Tbilisidə Gürcüstan-Ermənistan Hökumətlərarası Komissiyasının iclasında çıxışı zamanı Azərbaycan Respublikası ilə avtomobil və dəmiryolu əlaqələrinin bərpasından danışıb.
(last modified 2024-06-07T05:07:56+00:00 )
Dek 21, 2021 11:42 Asia/Baku
  • Paşiniyan Azərbaycanla avtomobil əlaqəsi qurulmasından danışıb

Ermənistanın Baş naziri Nikol Paşinyan Tbilisidə Gürcüstan-Ermənistan Hökumətlərarası Komissiyasının iclasında çıxışı zamanı Azərbaycan Respublikası ilə avtomobil və dəmiryolu əlaqələrinin bərpasından danışıb.

SəhərAzəri-nin məlumatına əsasən, “Sputnik Armenia”-nın bildirdiyinə görə Paşiniyan, Azərbaycan Prezidenti İlham Əliyevlə 26 noyabrda Soçidə və 14 dekabrda Brüsseldə keçirilən görüşlərin nəticəsinə əsasən, tərəflərin avtomobil əlaqəsini bərpa edə biləcəyini və bunun regionda yeni infrastruktur layihələrinin yaranmasına gətirib çıxaracağını bildirib.

N. Paşinyan dəmir yolu xəttinin açılması üçün Azərbaycan Prezidenti ilə prinsipial razılıq əldə olunduğunu da qeyd edib. O, Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolu xəttinin yaxın 2-3 il ərzində istifadəyə verilə biləcəyini vurğulayıb.

Paşinyan yeni dəmir yolu xəttinin Gürcüstanın maraqlarına mənfi təsir göstərməyəcəyini də əlavə edib.