Kommunikasiya məsələsində Ermənistan hada çox tələsir
İrəvan Zəngəzur dəhlizinin açılmasını gözləmədən İran dəmiryoluna qovuşmaq istəyir
İrəvan Zəngəzur dəhlizinin açılmasını gözləmədən, Naxçıvandan İrana gedən yolun açılmasını istəyir.
SəhərAzəri-nin məlumatına əsasən, regional kommunikasiyaların açılması üzrə işçi qrup Yerasx-Horadiz dəmir yolunun mərhələli açılışı variantını müzakirə edir. Bu barədə çərşənbə günü Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan Ermənistan, Rusiya və Azərbaycanın üçtərəfli İşçi Qrupunun müzakirələrinin yekunlarını şərh edərkən bildirib.
Müzakirə olunan variantlardan biri Mehri-Mincivan-Horadiz hissəsinin tikilməsini gözləmədən, Ermənistan üçün Naxçıvandan İrana gedən yolun açılmasını nəzərdə tutur.
"Bu, bizim üçün arzuolunandır, belə ki, tikinti tələb etmir və mövcud infrastrukturla həyata keçirilə bilər", deyə Qriqoryan bildirib.
O əlavə edib ki, İcevan-Qazax dəmir yolunun açılması məsələsi də müzakirə olunub, amma hazırki mərhələdə "real layihələrə" baxılır .
Türkiyə ilə dəmir yolu əlaqəsinin bərpasına gəlincə, hələlik buna konseptual səviyyədə baxılır, deyə Qriqoryan qeyd edib.