Qərb növbəti dəfə Ermənistana dəstək nümayiş etdirdi
https://azeri.sahartv.ir/news/qafqaz-i386030-qərb_növbəti_dəfə_ermənistana_dəstək_nümayiş_etdirdi
Avropa Parlamenti erməni hərbi əsirləri azad etməyə və MQ-nin vasitəçilik səylərini gücləndirməyə çağırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 18, 2022 03:51 Asia/Baku
  • Qərb növbəti dəfə Ermənistana dəstək nümayiş etdirdi

Avropa Parlamenti erməni hərbi əsirləri azad etməyə və MQ-nin vasitəçilik səylərini gücləndirməyə çağırıb.

SəhərAzəri-nin məlumatına əsasən, Avropa Parlamentinin 2021-ci ildə “Ümumi Xarici və Təhlükəsizlik Siyasətinin həyata keçirilməsinə dair” illik hesabatında deyilir: “Avropa Parlamenti Avropa İttifaqını, üzv ölkələri və yüksək nümayəndəsini Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsinin uzunmüddətli nizamlanması axtarışında fəal iştirak etməyə, regionda gərginliyin daha da artmasının qarşısını almağa və, o cümlədən, Azərbaycan və Ermənistana təzyiq göstərməklə, sərhədin demarkasiyası və bütün digər hərbi əsirlərin azad edilməsi də daxil olmaqla, müharibədən sonrakı məsələləri həll etməyə çağırır”.

Hesabatda qeyd edilir ki, Avropa İttifaqının qənaətincə ATƏT Minsk Qrupu tez bir zamanda vasitəçilik roluna qayıtmalıdır.

Avropa Parlamenti həmçinin Ermənistanla Hərtərəfli və Geniş Tərəfdaşlıq haqqında Sazişin tam icrasını dəstəkləyib.