Ermənistan müxalifətinin aksiyasına polis müdaxilə edib
May 02, 2022 10:51 Asia/Baku
Ermənistan müxalifəti İrəvanın mərkəzində Nikol Paşinyanın istefası tələbi ilə küçələri bağlamağa başlayıb.
SəhərAzəri-nin məlumatına əsasən, parlamentin vitse-spikeri, “Hayastan” fraksiyasının deputatı İşxan Saqatelyanın sözlərinə görə, saat 08:30-dan etibarən dinc aksiya keçirilir.
Məlumata görə, paytaxtın Fransa meydanında qurulmuş çadırlarda gecələyən müxalifət nümayəndələri tədricən küçələri bağlamağa hazırlaşır.
Eyni zamanda İrəvanın mərkəzində polis müxalifətin etiraz aksiyasının iştirakçılarını saxlamağa başlayıb.
Ermənistan polisinin mətbuat xidməti bildirib ki,İrəvanın mərkəzində Ermənistanın baş naziri Nikol Paşinyanın istefası tələbi ilə keçirilən etiraz aksiyasında 125 nəfər saxlanılıb.