İrəvanda Paşinyana qarşı aksiyalar davam edir
May 05, 2022 11:41 Asia/Baku
Ermənistan müxalifəti etiraz aksiyasını davam etdirməyə qərar verib.Bu barədə Ermənistan parlamentinin müxalifətçi vitse-spikeri İşxan Saqatelyan məlumat verib.
SəhərAzəri-nin məlumatına əsasən, Saqatelyan qeyd edib ki, bu gün də etiraz aksiyası daha kütləvi formatda davam edəcək.
“Bizim məqsədimiz Paşinyana qeyri-legitim olduğunu bildirməkdir. Onun mandatı yoxdur, o, getməlidir” – deyə Saqatelyan bildirib.
Bu gün xüsusi təyinatlı polis dəstəsi şəhərin mərkəzində yürüş keçirən müxalifətçilərin qarşısını kəsib.
İnsident zamanı onlarla şəxsin saxlanıldığı bildirilir.