May 18, 2022 12:04 Asia/Baku
  • Ermənistanda aksiyalar davam edir, yüzlərlə etirazçı saxlanılıb

Ermənistan Polisi indiyədək 277 nəfərin saxlanılaraq polis bölmələrinə aparıldığını açıqlayıb.

SəhərAzəri-nin məlumatına əsasən,bu gün səhər də müxalifət üzvləri Baş nazir Nikol Paşinyanın istefasını tələb edərək paytaxtın küçə və prospektini bağlamağa cəhd göstərir.

Ermənistan polisi etiraz aksiyasında  277 nəfərin saxlanıldığını bildirib.

Aksiyanın təşkilatçısı olan “Müqavimət” hərəkatının liderlərindən olan İşxan Saqatelyan polisin deputatlara da güc tətbiq etdiyini bildirib. Onun sözlərinə görə, “Hayastan” fraksiyasının deputatları Artsvik Minasyan və Vahe Akopyan polisin təzyiqinə məruz qalıb.

Polisin Ermənistan parlamenti sədrinin keçmiş müavini Eduard Şarmazanovu saxladığı da bildirilir. E. Şarmazanov və digər saxlanılanlar polis bölmələrinə aparılır. İ. Saqatelyan artıq polis bölmələrində yer olmadığını bildirib.

Ermənistan Polisinin rəis müavini Ara Fidanyan isə müxalifətin bəyanatlarına cavab verib. Rəis müavini aksiyalar nəticəsində paytaxt İrəvanda hərəkətin iflic olması barədə açıqlamaları təkzib edib: “Təbii ki, nə İrəvan, nə də hər hansı dövlət strukturu iflic olub. Polis öz funksiyalarını dəqiq yerinə yetirir, polis indiyə qədər ümumilikdə qanun çərçivəsində hərəkət edib”.

O, itaətsizlik aksiyasının 20 gündür davam etdiyini, polisin bu müddətdə heç bir xüsusi vasitədən istifadə etmədiyini söyləyib.

Teqlər