Şəmxani İrəvana daxil olub
İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Ermənistan rəsmilərilə görüşmək üçün bu gün səhər bu ölkənin paytaxtı İrəvana daxil olub.
SəhərAzəri-nin məlumatına əsasən, İslam İnqilabının Böyük Rəhbərinin nümayəndəsi və İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxani Qafqaz bölgəsinə planlaşdırılan səfərlər çərçivəsində həyata keçirilən Ermənistana səfərində Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşdən əlavə, bu ölkənin baş naziri Nikol Paşinyanla da görüş keçirəcək.
Regionda dayanıqlıq və təhlükəsizliyin artırılması istiqamətində iki ölkənin əməkdaşlıq tərzi, ən mühüm regional və qlobal məsələlər ətrafında fikir mübadiləsinin aparılması və müxtəlif sahələrdə qarşılıqlı əlaqələrin gücləndirilib, genişləndirilməsi yollarının araşdırılması, İran Ali Milli Təhlükəsizlik Şurası katibinin Ermənistana səfərinin hədəflərindən elan olunub.